Britaniya Rusiyanın “Rosoboroneksport” və “Yandex” rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib

Rusiyanın “Rosoboroneksport” şirkətinin rəhbəri Aleksandr
Mixeyev, “Rosseti” şirkətinin baş direktoru Andrey Ryumin və
“Yandex”in yeni baş direktoru Tiqran Xudaverdyan Böyük Britaniyanın
sanksiya siyahısına daxil olublar.

Yenilənmiş siyahıya Maqnitoqorsk dəmir-polad zavodunun əsas
səhmdarı Viktor Raşnikov, “Evroxim”in baş direktoru Vladimir
Raşevski, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti
Aleksandr Şoxin, “Rosneft”in rəhbəri İqor Seçinin keçmiş həyat
yoldaşı Marina Seçina, politoloq Dmitri Kulikov, jurnalistlər Armen
Qasparyan və Artem Şeynin, senator Süleyman Kərimov, sahibkar və
Alfa-Bankın keçmiş səhmdarı Aleksey Kuzmiçev da daxil olublar.

Sanksiyaların tətbiqi Böyük Britaniyadakı aktivlərin
dondurulmasını və ölkəyə girişin qadağan edilməsini nəzərdə
tutur.

Sənəddə qeyd olunub ki, reaktiv yanacaq tədarükünü həyata
keçirən və təyyarələri yanacaqla təmin edən “Rosneft Aero”
şirkətinə və Zelenodolsk Gəmiqayırma Zavoduna qarşı da sanksiyalar
tətbiq edilib.