Böyük Britaniya hakimiyyəti Rusiya prezidenti Vladimir Putin və
Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Böyük Britaniyanın
sanksiyalar siyahısına salıb.
AzerTimes-ın
məlumatına görə, onların adları yenilənən sanksiyalar siyahısında
qeyd olunub.
Həmin siyahı Böyük Britaniya hökumətinin saytında yerləşdirilib.
Siyahıda qeyd edilib ki, bu halda sanksiyalar aktivlərin
dondurulmasını nəzərdə tutur.