Britaniya Rusiyadan kömür və neft idxalından imtina etmək niyyətindədir

Böyük Britaniya 2022-ci ilin sonuna qədər Rusiyadan kömür və
neft idxalından imtina edəcək, daha sonra isə mümkün qədər qaz
idxalından imtina etməyə çalışacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Xarici
İşlər Nazirliyindən bildirilib.

“2022-ci ilin sonuna qədər Böyük Britaniya Rusiya kömürü və
neftindən asılılığına son qoyacaq, bundan sonra isə mümkün qədər
tez qaz idxalını dayandıracaq”, – deyə XİN-dən bildirilib.

Eyni zamanda, qeyd edilib ki, gələn həftədən Böyük Britaniya
vacib neft emalı avadanlığı və katalizatorların ixracını qadağan
edəcək, bu, Rusiyanın neft hasili və ixracı imkanlarını
azaldacaq.