Britaniya hökuməti Çinin Tayvana təcavüzü nəticəsində iqtisadiyyata potensial fəlakətli zərbələrə hazır deyil. Söhbət tədarük zəncirinin qırılması və mühüm məhsulların qıtlığından gedir.
AzerTimes xəbər verir ki, “Tayms” nəşri məlumat yayıb.
Bildirilib ki, Çinin Tayvanı işğal edəcəyi təqdirdə Qərb istər-istəməz Pekinə qarşı sərt sanksiyalar tətbiq edəcək və ada ilə ticarət heçə enəcək. Eyni zamanda, Qərb ölkələri Tayvanda istehsal olunan yarımkeçiricilərdən və mikrosxemlərdən kritik dərəcədə asılıdır.