Böyük Britaniya 2025-ci ildə “Tayfun” qırıcılarını Polşaya yerləşdirəcək.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Baş naziri Rişi Sunak polşalı həmkarı Donald Tuskla birgə mətbuat konfransında deyib.
“Mən həmçinin elan edə bilərəm ki, gələn il biz Kral Hərbi Hava Qüvvələrinin “Tayfun” qırıcılarını burada yerləşdirəcəyik və bu, bu məsələyə (Polşada hava hücumundan müdafiəni təmin etmək – red.) nə qədər ciddi yanaşdığımızı göstərəcək”, – deyə Sunak bildirib.