Britaniya pilot problemi ilə üzləşib

Britaniya pilot problemi ilə üzləşib

Böyük Britaniya Müdafiə Nazirliyi həlli bir neçə il çəkəcək pilot hazırlığı problemi ilə üzləşib.

AzerTimes Skay Nyus-a istinadən xəbər verir ki, hələ 2,5 il əvvəl müdafiə naziri Ben Uolles Hərbi Hava Qüvvələri komandanlığına prioritet sifariş kimi təlimatçıların sayını artırmaqla pilotların hazırlığı sahəsində vəziyyəti yaxşılaşdırmağı tapşırmışdı, lakin bu istiqamətdə heç bir nəzərəçarpacaq uğur əldə edilməyib.

Bildirilib ki, Britaniya dünyanın müxtəlif yerlərində əməliyyatlarında ixtisaslı pilotlardan istifadə etməsi səbəbindən ölkənin hərbi hava qüvvələrinin yeni pilotlar yetişdirmək imkanları azalır.

Teqlər: