Böyük Britaniyada otellərdə saxlanılan qeyri-qanuni mühacirlər sığınacaq gəmilərinə köçürüləcək.
AzerTimes xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.
“Britaniyalı vergi ödəyiciləri qeyri-qanuni immiqrantları ölkə daxilində otellərdə yerləşdirmək üçün gündə 5-6 milyon funtsterlinq ödəyirlər”, – Sunak bildirib.
O, həmçinin, otellərdə qalan qaçqınların yerli əhaliyə təzyiqlər yaratdığını vurğulayıb:
“Alternativlər tapmalıyıq, sığınacaq gəmisi də bunlardan biridir. Ona görə də bu məsələdə qərarlıyıq”.