Britaniya kralı III Çarlz Nayrobiyə dövlət səfəri zamanı keçmiş Britaniya koloniyası olan Keniyada keçmiş müstəmləkəçilik siyasətindən təəssüfləndiyini bildirib.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Uzun və çətin münasibətlərimizin ən ağrılı anlarını etiraf etməliyik. Keçmişin pis əməlləri ən böyük kədərin və ən dərin təəssüfün səbəbidir”, – o bildirib.
Britaniya kralı müstəmləkəçilərin keniyalılara qarşı törətdikləri vəhşilikləri vurğulayaraq, onları iyrənc və əsassız adlandırıb.