Britaniya kralı tarixdə ilk dəfə Uels dilində çıxış etdi

Britaniya kralı tarixdə ilk dəfə Uels dilində çıxış etdi

Böyük Britaniya kralı III Karl cümə günü Uels parlamentində (Senedd) yerli dildə çıxış edib.

AzerTimes xəbər verir ki, bu, Britaniya monarxiyası üçün görünməmiş bir hadisə sayılır.

“Mən bilirəm ki, Senedd və Uels xalqı mənim kədərimi bölüşür. Uels həmişə anamın qəlbində xüsusi yer tutub”, – deyə əlahəzrət bildirib.

Kral uzun illər Uels şahzadəsi olduğunu xatırladıb və hazırda oğlunun bu titulu daşıyacağını qeyd edib.

Teqlər: