Britaniya yaxın həftələrdə Ukrayna ilə 10 illik təhlükəsizlik paktı imzalayacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Teleqraf” nəşri britaniyalı rəsmilərə istinadla məlumat yayıb.
Bildirilib ki, müqaviləyə əsasən London Rusiya ilə döyüşmək üçün Kiyevlə dəniz təcrübəsini bölüşəcək.
Pakt çərçivəsində Kiyevə həm yerüstü silahlar, həm də hava vasitələri göndərilə bilər.