Ukrayna müəyyən şərtlər daxilində Rusiya ərazisindəki hədəfləri vurmaq hüququna malikdir.
AzerTimes “Röyters”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ilə Böyük Britaniyanın Baş naziri Keyr Starmerin görüşünü şərh edərkən adı açıqlanmayan Britaniya rəsmisi bildirib.
Eyni zamanda o, Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün uzaqmənzilli “Storm Shadow” raketlərinin istifadəsi ilə bağlı Böyük Britaniyanın mövqeyinin dəyişməz qaldığını vurğulayıb.
“Açığı, biz Ukraynanı güclü mövqeyə gətirmək istəyirik. Ancaq heç bir müharibə heç vaxt tək silahla qazanılmayıb. Xüsusilə “Storm Shadow”a gəldikdə, Böyük Britaniya hökumətinin uzaqmənzilli raketlərin istifadəsi ilə bağlı mövqeyi dəyişməyib”, – bu sözləri isə Keyr Starmer deyib.