Böyük Britaniya kibermüdafiəni gücləndirmək üçün Ukraynaya 16 milyon funt sterlinq ayıracaq.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak məlumat verib.
Sunak bildirib ki, beynəlxalq müttəfiqlər də yeni yardım çərçivəsində 9 milyon funt-sterlinq ayıra bilər.
“Yardım paketi Ukrayna əsgərlərinin Rusiya ordusunun müvəqqəti işğal olunmuş ərazilərdən sıxışdırmağa davam etdiyi bir vaxtda Kiyevə mühüm milli infrastrukturu Rusiyanın hücumlarından qorumaqda kömək edə bilər”, – Sunak qeyd edib.