Britaniya kəşfiyyatına qadağa tətbiq edildi

Britaniya kəşfiyyatına qadağa tətbiq edildi

Böyük Britaniya xüsusi təyinatlılarına Tiktok proqramından və digər sosial mediadan hərbi smartfonlarda istifadə etmək qadağan edilib.

AzerTimes xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.

“Casusluğun artması səbəbindən komandolara şəxsi smartfonlarda Tiktok-dan istifadə etməmək tövsiyə olunub. Çin, eləcə də, Rusiyanın sosial şəbəkədən xüsusi təyinatlı döyüşçülərin kimliyini, həmçinin də gizli əməliyyatlar apardığı yerləri müəyyən etmək üçün istifadə edə biləcəyinə dair narahatlıq var. Britaniya xüsusi təyinatlıları Mİ5 və Mİ6-nın kəşfiyyat xidmətləri ilə sıx əməkdaşlıq edir və bu bölmənin əməkdaşlarının kimliyi dövlət sirridir – onların adları, məsələn, mediada çəkilə bilməz”, – məlumatda deyilir.

Teqlər: