Britaniya kəşfiyyatı yeni bölmə yaradır – Detallar

Britaniya kəşfiyyatı yeni bölmə yaradır – Detallar

Britaniya kəşfiyyatı məlumatı emal etmək üçün süni intellektdən istifadə edən yeni bölmə yaratmağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bunu krallığın daxili işlər nazirinin təhlükəsizlik üzrə müavini Tom Tugendhat deyib.

“Süni intellekt kimi texnologiyalardan istifadəyə düzgün diqqət yetirməklə, yeni şöbə açıb, imkanlarımızı əhəmiyyətli dərəcədə genişləndirəcəyik”, – o bildirib.

Nazir müavini qeyd edib ki, yeni şöbə ingilisləri izləməyəcək və alınan kəşfiyyat məlumatları müttəfiqlərlə paylaşılacaq:

“Yeni strukturun büdcəsi isə hələ müəyyən edilməyib”.

Qeyd edək ki, əvvəllər Böyük Britaniya hökuməti süni intellekt sahəsində inkişaf üçün xeyli vəsait ayırırdı.

Teqlər: