Britaniya kəşfiyyatı: ruslar Xerson sakinlərini şantaj edir

Britaniya kəşfiyyatı: ruslar Xerson sakinlərini şantaj edir

Ukraynanın işğal olunmuş ərazilərindəki əhalini Rusiyanın pasportlarını almağa məcbur edirlər.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, ruslar Xerson vilayətinin işğal olunmuş hissəsinin sakinlərinə 2023-cü il iyunun 1-dək Rusiya pasportunu qəbul etməyənlərin deportasiya ediləcəyi və əmlaklarının müsadirə ediləcəyi barədə xəbərdarlıq edib.

Kəşfiyyat vurğulayır ki, Rusiya öz pasportlarından Donetsk və Luqanskda olduğu kimi, ruslaşdırılma üçün alət kimi istifadə edir:

“Rusiya hakimiyyəti, xüsusən 2024-cü il prezident seçkisi ərəfəsində işğalı uğurlu kimi təqdim etmək üçün Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyanın bürokratiyasına inteqrasiyasını sürətləndirir”.

Teqlər: