Britaniya İsrailin iki təşkilatına sanksiya tətbiq etdi

Britaniya İsrailin iki təşkilatına sanksiya tətbiq etdi

Böyük Britaniya hökuməti İordan çayının qərb sahilində yaşayan fələstinlilərə qarşı zorakılıq çağırışı etdiyi üçün İsrailin ifrat sağçı “Lehava” və “Noar Haqvaot” təşkilatlarına sanksiya tətbiq edib.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, dörd israilli fəal da sanksiyaya məruz qalıb.

Tətbiq olunan sanksiyalar bu təşkilatların hesablarına həbs qoyulmasını, habelə fiziki şəxslərin Britaniyaya girişinə qadağa qoyulmasını nəzərdə tutur.

Teqlər: