Britaniya İrandakı səfirini geri çağırdı

Britaniya İrandakı səfirini geri çağırdı

Böyük Britaniya Xarici İşlər Nazirliyi ikili – İran və Britaniya vətəndaşlığı olan Əlirza Əkbərinin İran hakimiyyəti tərəfindən edam edilməsi ilə əlaqədar Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

AzerTimes xəbər verir ki, Britaniya XİN rəhbəri Ceyms Kleverli Londonun Tehrana qarşı digər addımları da nəzərdən keçirdiyini bildirib.

“Böyük Britaniya bu gün İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəziriyə sanksiya tətbiq edib, İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkilinə nota təqdim olunub və Britaniya səfirini məsləhətləşmələr üçün müvəqqəti olaraq geri çağırıb.

İranın hərəkətlərinə cavabımız bu gün edilənlərlə məhdudlaşmayacaq. Biz növbəti addımları nəzərdən keçiririk”, – Kleverli Tvitter səhifəsində yazıb.

Teqlər: