Böyük Britaniya Avropa İttifaqının analoji qərarından sonra İranın “Şahid” PUA-larının istehsalçına – “Şahid Aviasiya Sənayesi”nə, eləcə də İranın müdafiə qurumlarının bir sıra yüksək rütbəli rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya hökumətinin məlumatında deyilir.
Məhdudlaşdırıcı tədbirlər İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Bageri Məhəmmədə, İran Müdafiə Nazirliyində təchizat, tədqiqat və sənaye xidmətinin rəisi olan briqada generalı Seyid Höcətullah Kureyşiyə, eləcə də SEPAH-ın Aerokosmik Qüvvələrinin pilotsuz uçuş aparatları ilə əməliyyatlara cavabdeh olan komandanlığının rəhbəri, briqada generalı Səid Ağacaniyə qarşı tətbiq olunacaq.