Britaniya ilə ərazi mübahisəmizə baxmayaraq… – Argentina

Britaniya ilə ərazi mübahisəmizə baxmayaraq… – Argentina

Folklend adalarının mülkiyyəti ilə bağlı mübahisələrə baxmayaraq, Böyük Britaniya ilə əməkdaşlıq etmək istəyirik.

AzerTimes xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Böyük Britaniya ilə ərazi mübahisəsinə aid olmayan məsələlərdə əməkdaşlıq danışıqların bərpası üçün əlverişli etimad mühiti yarada bilər.

Qeyd edək ki, Atlantik okeanının cənub-qərbində yerləşən Folklend adaları (Malvin adaları) 200 ildir ki, Argentina və Böyük Britaniya arasında ərazi mübahisəsinin predmeti olub.

Teqlər: