Britaniya ilə AB arasında qaz əlaqəsi dayandırıldı

Britaniya ilə AB arasında qaz əlaqəsi dayandırıldı

Böyük Britaniya və Belçika arasında qaz təchizatının həyata keçirildiyi interkonnektorun işi 2023-cü il martın 8-dək müvəqqəti olaraq dayandırılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Bloomberg” Interconnector Ltd-nin məlumatlarına istinadən məlumat yayıb.

Buna səbəb regionda soyuq hava səbəbindən avadanlıqların sıradan çıxması olub.

Qeyd edək ki, bu interkonnektor beynəlxalq sanksiyalara görə Rusiyadan xammalın tədarükü azaldıqdan sonra AB-yə təbii yanacağın çatdırılması üçün mühüm kanal olub.

Teqlər: