Böyük Britaniyanın Rusiyadakı hərbi attaşesi “arzuolunmaz şəxs” elan edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, Britaniya nümayəndəsi Rusiya XİN-ə çağırılıb və 8 mayda Rusiyanın Londondakı hərbi attaşesi ilə bağlı qəbul edilən qərardan dolayı ona etiraz notası təqdim edilib.
Britaniya hərbi attaşesinin bir həftə ərzində Rusiya ərazisini tərk etməsinin zəruri olduğu bildirilib.