Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib.
AzerTimes xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tvitterdə yazıb.
O qeyd edib ki, praktiki təlimlər BMT-nin nizamnaməsinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edib.
Diplomatın sözlərinə görə, 4 həftəlik Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursu martın 24-də başa çatıb.