Britaniya hakimiyyəti qanunsuz miqrasiya ilə bağlı proqram təqdim edəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson qeyri-qanuni
immiqrasiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəlmiş
tədbirlər kompleksini təqdim edəcək.

AzerTimes-ın
məlumatına görə, bu barədə baş nazirin mətbuat xidməti
bildirib.

Məlumata əsasən, hökumət başçısı immiqrantların qaçaqmalçılığı
ilə məşğul olan “qaçaqmalçıların biznes modelini məhv etmək”
niyyətindədir:

“Britaniyalılar öz ölkələrinin sərhədlərinə nəzarət etmək üçün
bir neçə dəfə səs verdilər. Sərhədləri bağlamamaq, ancaq nəzarət
etmək. Biz Avropa İttifaqından çıxmaqla əlaqədar qeyri-qanuni
miqrasiyaya nəzarəti bərpa edirik və ölkədə sığınacaq almaq üçün
uzunmüddətli plan təqdim edirik”.

Böyük Britaniyanın baş nazirinin La-Manş boğazından qeyri-qanuni
miqrantların daşınmasının qarşısının alınması üçün əməliyyatların
gücləndirilməsini təklif edəcəyi vurğulanıb.