Britaniya hakimiyyəti ölkədə koronavirus üzrə təhlükə dərəcəsini aşağı endirib

Böyük Britaniya hakimiyyəti yeni koronavirus təhlükəsini ən yüksəkdən (beşinci) dördüncü səviyyəyə qədər endirib.

AzerTimes-ın məlumatına görə, bu qərar İngiltərə, Şimali İrlandiya, Uels və Şotlandiya baş həkimləri tərəfindən verilib.

Həkimlərin bəyanatında bildirilib ki, birgə səylərlə bütün əsas göstəricilərdə ardıcıl azalma görürük və Milli Səhiyyə Sistemlərinin və digər tibbi xidmətlərin üç həftə ərzində həddindən artıq yüklənəcəyi təhlükəsi artıq yoxdur.


Sənəddə vurğulanıb ki, yeni yoluxma hallarının və xəstəxanaya yerləşdirilmələrin, ölümlərin sayı bir aydan çoxdur azalsa da, hələ də bu göstəricilər yüksək olaraq qalır.