Britaniya Kral Donanmasının gəmiləri husilərin quru hədəflərini vura bilmir, çünki onlar gəmi-yer raketləri ilə təchiz olunmayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Deyli Teleqraf” məlumat yayıb.
Nəşrin məlumatına görə, Qırmızı dənizdə husilərə qarşı əməliyyatda iştirak edən Britaniya Hərbi Dəniz Qüvvələrinin heç bir gəmisi belə raketlərlə təchiz olunmayıb.
Yüksək rütbəli keçmiş hərbçilər bunu qalmaqal adlandırıblar.
“Əsl narahatlıq ondan ibarətdir ki, biz potensial hərbi əməliyyatlarda Çin və ya Rusiya ilə qarşılaşa bilməyəcəyik. Britaniya Hərbi Dəniz Qüvvələrinin gəmi-yer tipli raketinin olmaması onu müdafiəsiz edir”, – ehtiyatda olan kontr-admiral Kris Perri nəşrə açıqlamasında bildirib.