Böyük Britaniya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiq edilməyən preparatlarla peyvənd olunan və ya ümumiyyətlə peyvənd olunmayan turistlər üçün karantini ləğv edir.
AzerTimes-ın məlumatına görə, bununlar bağlı qərar fevralın 11-i səhər saat 04:00-dan qüvvəyə minir.
Turistlər səyahət etməzdən əvvəl COVID-19 üçün PZR testi verməli və ölkədə olduqlarının ikinci günündən gec olmayaraq daha bir testdən keçməlidirlər.
Eyni zamanda, ÜST tərəfindən təsdiq edilmiş preparatlarla peyvənd edilmiş əcnəbilər ölkəyə gəldikdən sonra PZR testlərindən azaddırlar.
Bütün Böyük Britaniyaya gələnlər üçün 48 saat əvvəl “Passenger Locator Form”u doldurmaq tələbi qalır.