Britaniya Fələstinin tanınmasını nəzərdən keçirəcək – XİN

Britaniya Fələstinin tanınmasını nəzərdən keçirəcək – XİN

Böyük Britaniya müttəfiq ölkələrlə birlikdə Fələstin dövlətinin rəsmi tanınması məsələsini nəzərdən keçirəcək.

AzerTimes xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

“Fələstin dövlətinin necə görünəcəyini, nələri ehtiva edəcəyini, necə işləyəcəyini müəyyən etməliyik. Bu baş verərsə, müttəfiqlərimizlə birlikdə Fələstin dövlətinin tanınması məsələsinə BMT-də baxacağıq”, – o bildirib.

Kemeron qeyd edib ki, fələstinlilər görməlidirlər ki, “iki xalq üçün iki dövlət” prinsipinin həyata keçirilməsində və Fələstin dövlətinin yaradılmasında dönməz irəliləyiş olacaq.

Teqlər: