Britaniya Ərdoğana görə Şotlandiyanı hədələdi

Britaniya Ərdoğana görə Şotlandiyanı hədələdi

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Şotlandiyanın birinci naziri Həmzə Yusifin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla razılaşdırılmamış görüşünə irad bildirib.

AzerTimes xəbər verir ki, bu barədə BBC mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Kemeron Şotlandiya hökumətini Xarici İşlər Nazirliyinin xarici əlaqələrdə onlara kömək etməyi dayandıra biləcəyi ilə hədələyib:

“Yusifin mətbuat xidməti bildirib ki, britaniyalı diplomatlar da xəbərdar edilib və dəvət olunublar. Lakin kənar görüşlərin xarakteri elədir ki, onlar çox vaxt kortəbii şəkildə baş verir. Görüşün vaxtı son anda dəyişir və bu halda Xarici İşlər Nazirliyinin nümayəndəsi Ərdoğan üçün əlverişli olan vaxtda gələ bilməyib”.

Mənbə bildirib ki, Şotlandiya hökumətinin bu cür hərəkətləri Britaniya diplomatiyasına zərbə vurur:

“Şotlandiya isə Kemeronun təhdidlərinin mənasız olduğunu və Şotlandiyanın maraqları ilə ziddiyyət təşkil etdiyini bildirib”.

Qeyd edək ki, Yusif və Ərdoğan arasında dekabrın 1-də Dubayda baş tutan görüş iqlim dəyişikliyi problemi və Fələstin-İsrail münaqişəsinə həsr olunub.

Teqlər: