Britaniya Əfqanıstandan vətəndaşlarını təxliyə etmək üçün HHQ təyyarələrindən istifadə edə bilər

Böyük Britaniya lazım gələcəyi təqdirdə vətəndaşlarını Əfqanıstandan təxliyə etmək üçün Kral Hərbi Hava Qüvvələrinin təyyarələrindən istifadə etməyə hazırdır.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Krallıq Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, hərbi əməliyyat rəsmi olaraq başladılıb. Evakuasiyaya kömək etmək üçün Əfqanıstana müvəqqəti gedən 600 ingilis əsgər və zabit 14-15 avqustda krallığı tərk edəcək.

Bundan başqa, Britaniya Daxili İşlər Nazirliyinin bir qrup rəsmisi diplomatların ölkəni tərk edən əfqanlar üçün viza almasına kömək etmək üçün Kabula göndəriləcək.

Teqlər: