Genişmiqyaslı müharibə başlayandan bəri Britaniya Ukraynaya 500 milyon funtsterlinq dəyərində dörd mindən çox pilotsuz uçuş aparatı göndərib.
AzerTimes xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.
O bildirib ki, bu dronlar artıq 1 milyard funt-sterlinq dəyərində Rusiya texnikasını məhv edib.
Şapps qeyd edib ki, Britaniyanın kəşfiyyat dronları işğal olunmuş Krımda Rusiyanın güclü hava hücumundan müdafiə sistemlərini üstələməyi bacarıb.