Britaniya Daxili İşlər Nazirliyi zəngin miqrantlar üçün “qızıl viza” proqramını ləğv edib

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel
vətəndaşlığından asılı olmayaraq yeni müraciət edənlər üçün ölkəyə
sərmayə qoyulmasına görə vizanın verilməsi proqramını ləğv
edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Britaniya hökumətinin saytında
bildirilib.

Böyük Britaniyanın daxili işlər naziri Priti Patel bildirib ki,
tədbir “qanunsuz maliyyələşdirmə və fırıldaqçılıqla mübarizənin
bərpasının” başlanğıcıdır.

“Qızıl viza” proqramı 2008-ci ildə varlı miqrantları Böyük
Britaniya iqtisadiyyatına sərmayə qoymağa təşviq etmək üçün tətbiq
edilib. İnvestor vizası almaq üçün ölkə iqtisadiyyatına ən azı 2
milyon funt sterlinq investisiya qoymaq lazım idi.