Britaniya bu silahı Kiyevə versə… – Piontkovski

Britaniya bu silahı Kiyevə versə… – Piontkovski

Böyük Britaniya Ukraynaya min kilometrə qədər mənzili olan “Storm Shadow” aviasiya qanadlı raketlərini təhvil verməyə hazırdır. Belə silahların əldə edilməsi ruslar üçün çəkindirici rol oynayacaq və vəziyyəti ciddi şəkildə Ukraynanın xeyrinə dəyişəcək.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq və publisist Andrey Piontkovski bildirib.

Politoloq qeyd edib ki, Qərb hələ də Ukraynaya verilən silahların Rusiya ərazisinə tuşlanmaması ilə bağlı məhdudiyyətdən yapışır.

“Zelenskinin BMT-dəki danışıqları göstərir ki, Böyük Britaniya Polşanın köməyi ilə min kilometrə qədər mənzilli “Storm Shadow” raketləri verməyə hazırdır. Belə bir raketin olması ruslar üçün çəkindirici rol oynayacaq. Ukrayna bəyan edə bilər ki, biz istənilən sonrakı zərbəyə Rusiyanın enerji və ya logistika strukturunda ikili təyinatlı obyektlərinə zərbə ilə cavab verəcəyik. Bu, vəziyyəti ciddi şəkildə dəyişəcək. Britaniya bunu təkbaşına edə bilər, müstəqil böyük dövlətdir”, – Piontkovski vurğulayıb.

Teqlər: