Britaniya Silahlı Qüvvələri üçün hazırlanmış 100 km-dən çox mənzilli “SPEAR” mini qanadlı raketinin ilk idarə olunan buraxılışı uğurla həyata keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, raketlər düşmənin hava hücumundan müdafiə sistemləri, gəmiləri və tankları ilə mübarizədə istifadə oluna bilər. Onların F-35B qırıcılarında, hər bir təyyarədə səkkiz ədədə qədər quraşdırılması planlaşdırılır.
İlk buraxılış İsveçdə “Tayfun” qırıcıları vasitəsilə keçirilib.