Belarusda keçirilən yeni hərbi təlimlər Ukraynadakı müharibədə birbaşa iştiraka hazırlığın sübutu ola bilər.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 8-də Belarus hərbçiləri düşmən qüvvələri tərəfindən ələ keçirilən ərazilərin geri qaytarılması və sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi üçün planlı təlimlərə başlayıb. Təlimlər 2022-ci il sentyabrın 14-dək davam edəcək. Təlimlər Belarusun paytaxtı Minsk yaxınlığında və Vitebsk vilayətinin şimal-şərqində keçiriləcək. Ehtimal var ki, bu təlimlər Ukraynadakı müharibədə birbaşa iştiraka hazırlıqdır”, – məlumatda deyilir.