Britaniyanın Baş naziri Keyr Starmer ölkənin Milli Təhlükəsizlik Şurasını Ukraynaya yardımın genişləndirilməsi imkanlarını nəzərdən keçirməyə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms” nəşri məlumat yayıb.
“Bu, təkcə hərbi yardıma deyil, həm də sənaye, iqtisadi və diplomatik yardımlara aiddir”, – deyə baş nazir bildirib.
Hərbi mənbə Starmerin Ukraynaya dəstək təşəbbüsünün hərtərəfli olacağını bildirib.