Britaniya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır – Səfir

Kəlbəcər. Trend:

Böyük Britaniya Azərbaycanla Ermənistan arasında sülh
müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır.

Bunu Kəlbəcərdə diplomatik korpusun tərkibində səfərdə olan
Böyük Britaniya səfiri Ceyms Şarp AzerTimes-ın sualını cavablandırarkən
deyib.

“Minaların təmizlənməsi prosesi hələ də davam edir. Böyük
Britaniya bu məsələdə Azərbaycana dərhal yardım göstərdi. Biz
BMT-nin İnkişaf Proqramına maliyyə və Azərbaycan Minatəmizləmə
Agentliyinə texniki kömək təqdim etmişik. Bir sıra Britaniya
şirkətləri bunun üzərində işləyir”, – səfir deyib.

Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən
80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq
təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad
edilmiş ərazilərə doqquzuncu səfəridir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: