Böyük Britaniya ölkəyə giriş qaydalarına dəyişiklik edib.
Trend bu barədə Böyük Britaniya hökumətinə istinadən məlumat verir.
Qeyd olunur ki, bundan sonra Böyük Britaniyaya səfər edən şəxslər 48 saatdan gec olmayan mənfi test nəticələrini təqdim etməlidir. Bu sənəd turistlərin peyvənd olunub-olunmamasından asılı olmayaraq tələb olunacaq, istisna yalnız 12 yaşdan aşağı uşaqlara şamil ediləcək.
Xatırladaq ki, oktyabr ayında Böyük Britaniya Azərbaycanı vaksin sertifikatı olduğu təqdirdə vətəndaşların ölkəyə giriş hüququ olan dövlətlər siyahısına daxil etmişdi. Yeni qaydalara əsasən, Azərbaycandan daxil olan vətəndaşlar vaksin olunduğu halda belə mənfi test nəticəsi təqdim etməlidir.
Hazırda Böyük Britaniya “Oxford/AstraZeneca”, “Pfizer BioNTech”, “Moderna” və “Janssen” peyvəndlərinin sertifikatını tanıyır.
(Tərcümə: Orxan Nəbiyev)