BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin) bu birliyə daxil olan Cənubi Afrika Respublikasına (CAR) koronavirusun “omikron” ştammına qarşı mübarizədə birgə yardım paketini müzakirə edirlər.
AzerTimes-ın məlumatına görə, bu barədə “İzvestiya” qəzeti BRİKS Beynəlxalq Forumunun direktoru Purnima Ananda istinadən bildirib.
P.Anand qeyd edib: “BRİKS ölkələri Cənubi Afrikaya yeni ştammla bağlı bütün məsələlərdə, istər tədqiqat, istərsə də tibbi ləvazimatların çatdırılması ilə bağlı dəstək verməyə hazırdır. “Omikron”u çox gec olmadan dayandırmaq vacibdir. Çin, Rusiya, Hindistan və Braziliya Cənubi Afrikaya fəal şəkildə kömək etməyə hazırdır, indi bu məsələnin praktiki həlli ilə bağlı müzakirələr aparılır”.
Onun sözlərinə görə, Hindistan artıq Cənubi Afrika Respublikası üçün Covishield tibbi avadanlığı və peyvəndinin göndərilməsini hazırlayıb, egər belə bir yardıma ehtiyac olarsa.