BRİKS-ə qoşulmayacağıq – Argentina

BRİKS-ə qoşulmayacağıq – Argentina

Argentinanın yeni hökuməti BRİKS-ə qoşulmaq niyyətində deyil.

AzerTimes xəbər verir ki, bunu Argentinanın yeni seçilmiş prezidenti Xavyer Mileyin xarici siyasət üzrə müşaviri və gələcək xarici işlər naziri Diana Mondino deyib.

“Argentina BRİKS-ə qoşulmayacaq” deyə o bildirib.

Qeyd edək ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası qrupa daxildir. Növbəti ildə bir sıra yeni ölkələrin birliyə qoşulacağı istisna edilmir.

Teqlər: