Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricitin oğlan uşağı dünyaya gətirdiyi haqda iddialara ilk dəfə cavab verib.
AzerTimes xəbər verir ki, o, bu barədə TF1 televiziyasına müsahibəsində danışıb.
“Ən pisi odur ki, bu, yalan məlumatdır”, – o deyib.
Makron bu söz-söhbətlərin onu qəzəbləndirdiyini etiraf edib. O, qadınların qərəzli insanlar tərəfindən belə böhtanlarla mübarizə aparmağa məcbur olduğunu da vurğulayıb.