Dünya bazarlarında “Brent” neftinin qiyməti 100 dollar həddindən
aşağı düşüb.
Trend-in
məlumatına görə, birjalarda “Brent” neftinin may fyuçersləri 98
dollar/barel ətrafında alınıb-satılır.
Ötən günlə müqayisədə neft qiymətləri 8 faizdən çox
ucuzlaşıb.
Sonuncu dəfə “Brent” neftinin bir bareli martın 1-də 100 dollar
həddindən aşağı olmuşdu.
Xatırladaq ki, ötən həftənin əvvəlində “Brent” neftinin qiyməti
bir barel üçün 130 dolları ötmüşdü.