“Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında 2,23 faiz ucuzlaşaraq 64,97 dollar/barel təşkil edib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, saat 01:21 üçun (Bakı vaxtı) “Brent” markalı neft 65,04 dollar/barel səviyyəsində alınıb-satılıb.
Son dəfə “Brent” markalı neftin qiyməti mayın 21-i 65 dollardan aşağı olub.
“WTI” markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 2,58 faiz ucuzlaşaraq 61,86 dollar/barel təşkil edib.