“Brent” markalı neftin qiyməti may ayından ilk dəfə 68 dollardan aşağı düşüb

“Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 23:29 üçun (Bakı vaxtı) 7,66 faiz ucuzlaşaraq 68, 95 dollar/barel təşkil edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, saat 23:39 üçun (Bakı vaxtı) “Brent” markalı neft 68,10 dollar/barel səviyyəsində alınıb-satılıb.

Son dəfə “Brent” markalı neftin qiyməti mayın 27-si 68 dollardan aşağı olub.


“WTI” markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 7,87 faiz ucuzlaşaraq 65,93 dollar/barel təşkil edib.

Teqlər: