“Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 04:59 üçun (Bakı vaxtı) 5,01 faiz bahalaşaraq 75,18 dollar/barel təşkil edib.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, “WTI” markalı neftin qiyməti isə 5,62 faiz artıb və 71,98 dollar/barelə çatıb.
Saat 05:07 üçun (Bakı vaxtı) “Brent”in qiyməti 74,62 dollar/barel, “WTI” isə 71,51 dollar/barel səviyyəsində alınıb-satılıb.