“Brent” markalı neftin may fyuçerslərinin qiyməti Londonun “ICE”
birjasında 9,56 faiz bahalaşaraq 115 dollar/barel təşkil edib.
AzerTimes-ın məlumatına görə, bu barədə ticarət platformasından
bildirilib.
Saat 00:02 üçün (Bakı vaxtı) “Brent”in qiyməti 114,6
dollar/barel səviyyəsində olub ki, bu da əvvəlki sessiyanın
bağlanış səviyyəsindən 9,17 faiz çoxdur.
“Brent” markalı neftin qiyməti sonuncu dəfə 2014-cü ilin
iyununda bir barel üçün 115 dollara çatıb.