“Brent” markalı neftin qiyməti 110 dolları ötüb

“Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 20:53 üçun (Bakı vaxtı) 1,12 faiz bahalaşaraq
110 dollar/barel təşkil edib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, saat 21:05
üçun (Bakı vaxtı) bahalaşma 1,226 faizə qədər artıb və “Brent”
markalı neft 110,15 dollar/barel səviyyəsində alınıb-satılıb.

Son dəfə “Brent” markalı neftin qiyməti martın 31-i 110
dollardan artıq olub.

“WTI” markalı neftin iyun fyuçerslərinin qiyməti isə 1,21 faiz
artaraq 105,48 dollar/barel təşkil edib.

Teqlər: