Şirkət və ya marka adı yaratmaq.
Marka və ya şirkət adı yaratmaq hər keçən gün daha da çətin bir
hal alır. Rəqabətin və ünsiyyətin hər keçən gün artdığı bu dövrdə
fərqliləşmənin ən əhəmiyyətli elementi olan ad yaratmaq, bir növ
samanlıqda iynə axtarmağa bənzəyir. Ünsiyyət və marketinqin sürətli
inkişafı və dəyişməsini dövri olaraq ələ aldığımız marka adlarında
görə bilərik. İlk dövrlərdəki markaları araşdırdığımızda Kiğılı,
Ülker, Koçtaş və s. markaların, markanın yaradıcısının ad və ya
soyadlarından faydalanıldığını görürük. Hələ adını qurucularından
alan markaların etibarlılığının da qurucularına görə olduğunu
görməkdəyik.
Marka adı, markanın vədlərini əks etdirən bir izahat forması
olaraq təyin olunur. Bundan əlavə təsirli bir marka adı, markanın
funksional və simvolik komponentləri ilə marka vədini
bütünləşdirərək, marka şəxsiyyəti və marka mövqeləndirmə
strategiyası ilə müştərinin tanışmasını təmin edir. Qısaca bir
markanı digərlərindən ayıran ən əhəmiyyətli fərqləndirmə, marka
adının doğru təyin olunmasıdır.
Marka adı prosesinə başlamazdan əvvəlki ilk mərhələ, nə cür bir
adın məhsul və ya xidmətə uyğun olacağına qərar verilməsi
olmalıdır. Bu qərarların alınmadan əvvəl yola çıxılması, okeanda
avar çəkməyə bənzəyəcək. Araşdırmalara görə sıravi bir ada sahib
bir məhsul, orta keyfiyyətli amma maraqlı bir ada sahib məhsul
qədər yaxşı satışı yoxdur. Əgər sıravi ada sahib bir məhsulunuz
bazarda uğursuz olarsa, məhsulda dəyişiklik edilsə də fayda almaq
olduqca çətin olacaq. Bu səbəblə marka adının müəyyənləşdirilməsinə
dair ilk fikirlər reklam agentliyindən və ya marketinq
araşdırmaları quruluşlarından kömək alaraq əldə edilir. Marka
adının araşdırılması prosesində elmi iş aparan firmalar:
*Çağırış testləri (ağla nə cür bir imic gəlir)
*Öyrənmə testləri (ad asanlıqla deyilə bilirmi?)
*Xatırlama testləri (ad necə xatırlandı)
*Seçim testləri (hansı adlar seçildi)
kimi üsulları istifadə edirlər.
*Sözün mənası olmayan, qulağa xoş gələn maraqlı adlar (Sony,
Kodak)
*Məhsulun funksiyalarıyla əlaqədar olmayan (Panda, Omo)
*Məhsulun keyfiyyəti və ya funksiyasını əks etdirən (Yünsa)
*Məhsulun nə işə yaradığını və ya nə olduğunu əks etdirən
(Silen, Yumoş)
*Başqa dillərdəki sözlərdən faydalanan (Lux)
*Şirkət qurucusuna aid olan (Ford, Vakko, Gillette, Hilton,
Honda, Dell, Ülkər)
*Məşhur şəxslərə aid olan (Lincoln, Napoleon)
*Region adlarından (BMW, BP, Marlboro)
*Təbiətdən (heyvan, bitki) (Palmolive, Apple, Coca Cola,
Shell)
*Müəssisənin ilk hərflərindən ibarət olan (IBM, BMW)
Kimi bir çox növdə ola bilər.
Bir marka adının üç əsas funksiyası.
*İstehlakçının qəbul edib etməyəcəyinə imkan verən bir mal və ya
xidməti təsvir edər.
*Markanı təsvir edən xüsusiyyətlərə istiqamətli simvolik və ya
funksional (ya da ikisi birdən) mesajlar çatdıraraq müştəri ilə
ünsiyyət qurar.
*Hüquqi müdafiə funksiyasıyla firmanın dəyərini qoruyar.
Marka adının müəyyənləşdirilməsi prosesində diqqət edilməsi
lazım olan meyarlar.
*Xatırlanması və deyilməsi asan olmalıdır. Söylənişi uzun olan
marka adları çox zaman qazanclı bir potensial bazarı təhlükəyə soxa
bilər.
*Məhsulun faydalarını və keyfiyyətini əks etdirməlidir. Məhsulun
funksiyaları ilə uyğun bir marka adının seçilməsinə diqqət
edilməlidir (Head & Shoulders)
*Fərqləndirici olmalıdır. Rəqiblərlə bənzərlik daşımamalı,
məhsulu tanıdan və fərqliləşdirən xüsusiyyətlər ehtiva edən adlar
seçilməlidir.
*Səs-hərf-qramatik xüsusiyyətlərə diqqət edilməlidir.
*Uyğunlaşdırılması mümkün olmalıdır. Gələcəkdə məhsul xəttinə
əlavə olunacaq məhsullar üçün də uyğun olmalıdır.
*Beynəlxalq müstəvidə uyğunluğuna diqqət edilməlidir. Məhsula
beynəlxalq bazarlarda mənfi təsir yaratmayacak adlar
qoyulmalıdır.
Qısaca, marka strategiyasına və vədinə uyğun marka adı yaratmaq,
marketinq xərclərinizi minimuma endirəcək, istehlakçıların ağılında
asanca qalmanızı və rəqibləriniz arasında fərq yaratmanızı təmin
edəcək.
Brendinq, sloqan, neyminq kimi xidmətlər üçün
Web Coder-ə müraciət
edin.