Xəbər - Orxan Nəbiyev – Trend:
“Zara” və “Bershka” brendlərinin sahibi olan İspaniyanın “Inditex” şirkəti Rusiya ərazisində fəaliyyətini müvəqqəti
dayandırır.
Trend-in
məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir.
Qeyd olunur ki, qərar Rusiyanın Ukraynadakı hərbi əməliyyatları
ilə əlaqədar verilib.
Qərara əsasən, Rusiyada şirkətə məxsus 502 mağazada, o cümlədən
86 “Zara” mağazası və onlayn ticarət işini dayandırır.
Qeyd edək ki, ispaniyalı iş adamı Amansio Orteqanın təsis etdiyi “Inditex” “Zara”, “Pull&Bear”, “Massimo Dutti”, “Bershka”, “Stradivarius” və “Oysho” kimi brendlərin sahibidir.