Bred Pitt yazıçı D.L.Ceyms üçün 1918-ci ildə tikilən malikanəni 40 milyon dollara alıb.
AzerTimes xəbər verir ki, bu barədə “Deyli Meyl” yazıb.
Mülk Kaliforniyanın mərkəzi sahili boyunca Karmel-Haylends qayalıqlarında yerləşir. Bina 20-ci əsrin əvvəllərində görkəmli memar Çarlz Samner Qrin tərəfindən layihələndirilib.
Rieltorlar bu alqı-satqını son illərin ən bahalı əməliyyatı sayır.