Braziliyanın sabiq prezidenti korrupsiyaya görə həbs edildi

Braziliyanın sabiq prezidenti korrupsiyaya görə həbs edildi

Braziliya məhkəməsi ölkənin sabiq prezidenti Luis İnasiu Lula da Silvanı korrupsiya ittihamı ilə 9,5 il həbs cəzasına məhkum edib.  

Sabiq prezidentə qarşı beş korrupsiya ittihamları irəli sürülüb.

Luis İnasiu Lula da Silva 2003-2011-ci illərdə Braziliyanın prezidenti olub.

Qeyd edək ki, bu ilin mayında Braziliya müstəntiqləri San-Paulu ştatında sabiq prezidentə məxsus olduğu ehtimal edilən və dövlət vəsaiti hesabına tikilmiş malikanə aşkar etmişdilər.